Niaqara şəlaləsi bayrağımızın rəngləri ilə işıqlandırıldı 

09:43 29.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Niaqara şəlaləsi 28 May-Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.

 

Hafta.az xəbər verir ki, ABŞ-la Kanada arasında yerləşən dünyaca məşhur Niaqara şəlaləsi ABŞ vaxtı ilə saat 22:30-da Azərbaycan bayrağının rənginə boyanıb.

 

Heyrətamiz görüntüyə bürünən Niaqara şəlaləsi ərazini ziyarət edən turistlərin və yerli sakinlərin diqqətini cəlb edib.